Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qrup üzrə 8 qarşılaşma baş tutacaq.
E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan "Barselona" "Dinamo"nu (Kiyev) qəbul edəcək. "Bavariya" isə "Benfika"nın qonağı olacaq.
F qrupunda "Mançester Yunayted" "Atalanta"nı sınağa çəkəcək. "Yanq Boyz" isə "Vilyarreal" üz-üzə gələcək.
G qrupunda "Volfsburq" "Zalsburq"la, "Sevilya" isə "Lill"lə oynayacaq
H qrupunda isə Çempionlar Liqasının son qalibi "Çelsi" "Malmö"nü məğlub etməyə çalışacaq. "Yuventus" isə Rusiyada "Zenit"in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
20 oktyabr
E qrupu
20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
23:00. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya)
F qrupu
23:00. "Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya)
G qrupu
20:45. "Zalsburq" (Avstriya) - "Volfsburq" (Almaniya)
23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya)
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)
23:00. "Zenit" (Rusiya) - "Yuventus" (İtaliya)