Kipr çempionatında 5-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin də formasını geyindiyi "Etnikos"(Axna) növbəti matçına çıxıb.
Axna təmsilçisi "Aris"i qəbul edib. Abdullayevin komandası 0:3 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Araz 28-ci dəqiqədə əvəzlənib.
“Etnikos” 5 turdan sonra 1 xalla 12 komanda arasında turnir cədvəlinin son pilləsində qərarlaşıb.