Finlandiyanın 21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Yuha Malinen AÇ-2023-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək matç barədə danışıb.
Newsport.az-ın məlumatına görə, Finlandiya yığmasının çalışdırıcısı yığmamızla matç barədə bunları deyib:
“Azərbaycan yığması olduqca aqressiv futbol oynayır. Daima inkişafdadı. Bununla yanaşı açıq futbol oynayırlar. Bizi plana uyğun hərəkət edən yığmaya qarşı matç gözləyir. Maksimum dərəcədə hazır olmaq lazımdı. Bizə asan olmayacaq”.
Azərbaycan – Finlandiya görüşü oktyabrın 8-də keçiriləcək.