Nazarovun komandası baş məşqçisi ilə vidalaşdı

Almaniyanın “Ersgebirge” klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı belaruslu mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
“Ersgebirge” cari mövsümdə II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb. Komandada Azərbaycan millisində oynamış Dmitri Nazarov da çıxış edir. Lakin o, cari mövsümdəki oyunlarda çox az şans qazanır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right