"Qalatasaray"ın istədiyi futbolçu ərəb klubundan ayrıldı

İki ay öncə Səudiyyə Ərəbistanı klubu "Əl Əhli"yə keçən Paulinyo klubsuz qalıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı braziliyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Əl Əhli” Paulinyonun fiziki və zehni olaraq diqqətini futbola verə bilmədiyini, bu səbəbdən də razılaşaraq müqaviləyə xitam verdiklərini açıqlayıb.

Yayda "Qalatasaray" və "Fənərbaxça"nın maraq dairəsində olan "sambaçı", "Tottenhem", "Barselona" klublarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right