Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2022-nin seçmə mərhələsində Belarusa qarşı keçiriləcək oyunu buraxacaq.
Newsport.az-ın məlumatına görə, bunu 29 yaşlı qolkiper UEFA-nın rəsmi saytına açıqlamasında özü deyib. O, "Real"ın qarşıdakı oyunlarına görə Kazana getməyəcəyini bildirib. Məsələ burasındadır ki, Avropa ölkələrinin əksəriyyəti Belarusla uçuşları dayandırdığı üçün UEFA bu komandanın ev oyunlarını doğma meydanda keçirməyə icazə vermir.
Belədə, Belarus məcburiyyətdən DÇ-2022-nin seçmə mərhələsindəki ev oyunlarını Rusiyanın Kazan şəhərində keçirir.