Bakıya gəlməyən Ronaldo karantinə alındı

Portuqaliya yığmasının düşərgəsindən ayrılıb İngiltərəyə gedən "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo 5 gün karantində qalacaq.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" yerli hökumətə 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.

Portuqaliyalı oyunçu koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.

Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right