Ronaldo 7 nömrəli formanı seçə bilməyəcək

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Mançester Yunayted"də 7 nömrəli forma ilə çıxış edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə jurnalist Deyl Conson özünün "Tvitter" səhifəsində yazıb.

Bildirilib ki, hazırda  Edinson Kavani 7 nömrəli forma geyinir və liqa qaydalarına görə, oyunçunun oyun nömrəsi bütün mövsüm ərzində saxlanılır. 36 yaşlı hücumçunun bu nömrəni seçməsi üçün Kavani klubdan ayrılmalıdır. Ancaq uruqvaylı oyunçunun belə bir fikri yoxdur. Premyer Liqa rəhbərliyi mövsüm ərzində nömrəni dəyişdirmək üçün daha əvvəl istisnalar etməyib.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də 7 nömrəli forma ilə çıxış etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right