Təhlükəsizlik xidmətinin əməkdaşını və futbolçunu vurdu

Çexiyanın II divizionunda "Lişen" və "Zbroyovka" arasında keçirilən oyunda maraqlı hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, ikinci hissədə meydana daxil olan azarkeşlərdən biri təhlükəsizlik xidmətinin əməkdaşını vurub.

Bu zaman meydan sahiblərinin futbolçusu Yan Silnı fanatı sakitləşdirməyə çalışarkən, başından yumruq zərbəsi alıb.

Epizodun təkrarını izləyən baş hakim 26 yaşlı hücumçuya birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan qovub. Referinin bu addımı narazılıqla qarşılansa da, o, qərarını dəyişməyib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right