Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan HİK klubundan yeni müqavilə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, Finlandiya təmsilçisi baş məşqçi Toni Koskela ilə yeni sözləşmə imzalayıb. Yeni müqaviləyə əsasən 38 yaşlı mütəxəssis 2023-cü ilin yayınadək Helsinki klubunu çalışdıracaq.
Qeyd edək ki, Koskela 2019-cu ildən HİK-i çalışdırır.
Xatırladaq ki, "Neftçi" ilə HİK arasında Bakıda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib. Bu komandalar arasında cavab qarşılaşması 12 avqust tarixində Finlandiyada baş tutacaq.