"Barselona"nın prezidenti Josep Mariya Bartomeu komandasının futbolçuları haqda danışıb.
Newsport.Az-ın "El Mundo Deprtivo"ya istinadən yaydığı xəbərə görə, o deyib ki, Kataloniya təmsilçisində heç bir futbolçu pul üçün oynaır:
"Messidə daxil olmaqla heyətimizdəki heç bir futbolçu pula görə "Barsa"da oynamır. Əgər hər hansı oyunçu pul üçün "Barsa"nın şərəfini qoruyursa, özünə başqa klub tapsın".