Namiqin "Bursaspor"a keçidinə kim mane olub?

"Neftçi"nin vingeri Namik Ələsgərov "Bursaspor"a keçidə yaxın olub.

Newsport.az-ın məlumatına görə, futbolçunun türk klubuna keçidə yaxın olsa da, sonradan prossesə daxil olan menecerlərə görə transfer baş tutmayıb.

Həmin menecerlər Namiqin “Bursaspor”a keçidinə görə 100 min avro tələb edib. Bu haqda “Bursaspor”un idarə heyətinin üzvü Emin Adanur danışıb. Onun bildirdiyinə görə, əslində bu transfer klub skautlarının təşəbbüsü olub. Lakin sonradan meydana birdən-birə 2 menecerin çıxması, Namiqə görə 100 min avro tələb etməsinə görə, "Bursaspor" həmin transferdən imtina etməsilə yekunlaşıb. 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right