Azərbaycanlı futbolçu yenə Rusiya millisinə çağırıldı

Rusiya millisinin Belarus və Avstriya ilə oyunlar üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Fabio Kapello 25 futbolçunun xidmətinə ehtiyac duyub. İtaliyalı mütəxəssis növbəti dəfə azərbaycanlı futbolçuya etimad göstərib. Belə ki, təcrübəli çalışdırıcı Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksandr Səmədovu sərəncamında görmək istəyib.

Rusiya millisi iyunun 7-də Belarusla yoldaşlıq, 1 həftə sonra isə Avstriya AÇ-2016-nın seçmə mərhələ oyununa çıxacaq. Komanda iyunun 3-dən hazırlıqlara start verəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right