Argentina ilə final matçını buraxacaq

Braziliya millisi Amerika kubokunun Argentina ilə keçiriləcək final matçına itki ilə çıxacaq.

Newsport.az xəbər verir ki, Qabriel Jezus həlledici oyunu buraxacaq.

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) İntizam Komitəsi futbolçunu 2 oyunluq cəzalandırıb.

"Mançester Siti"nin üzvü 1/4 finalın Çili ilə qarşılaşmasında qırmızı vərəqə aldığı üçün Peru ilə yarımfinal görüşünü buraxmışdı. Ancaq Komitə Jezusun cəzasını daha 2 oyun artırdığı üçün o, finalda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, final oyunu iyulun 11-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right