“Napoli”nin hücumçusu Dris Mertens əməliyyat olunub.
Newsport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçunun çiynindən əməliyyat edildiyi bildirilib. Belçika millisinin üzvü 2-3 həftədən sonra bərpa prosesinə başlaya bilər.