Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Corco Marketti tərəfindən təltif edilib.
Newsport.az-ın məlumatına görə, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq, arenanın ot örtüyü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.
Bu gün Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında 1/4 final mərhələsinin matçı gerçəkləşəcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.