Millimizin üzvü Ukrayna klubu ilə vidalaşdı

"Minay”dan ayrılan millimizin üzvü Anatoli Nuriyev klubu ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, Feysbuk səhifəsində paylaşım edən 25 yaşlı yarımmüdafiəçi Ukrayna təmsilçisinə təşəkkürünü bildirib:

"Mükəmməl və emosional üç il oldu. Klub prezidentinə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara, xüsusilə də, azarkeşlərə - hər kəsə təşəkkür edirəm. Sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. "Minay” ailəsinin bir üzvü olduğum üçün sevincliyəm”.

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Nuriyev komandanın kapitanı idi. "Minay" 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right