"Real"ın futbolçusu "Yuventus"a keçməyə razı oldu

"Real"dan ayrılmaq üzrə olan Sami Xedira karyerasını "Yuventus"da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, "qoca sinyora" rəsmiləri Almaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçini İtaliyaya gəlməyə razı salıb. 

“Yuventus”un meneceri onu dörd illik müqaviləyə qol çəkməyə də razı salıb.

Almaniya millisinin üzvü gələn həftə tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq.

“Real”la müqaviləsi başa çatan Xedira bu mövsüm cəmi 16 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right