Türk futbolçu rəsmən "Ştutqart"da

"Fənərbaxça"dan bir neçə gün əvvəl ayrılan Ömer Faruk Beyazın "Ştutqart"a keçidi rəsmiləşib.

Newsport.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Bundesliqa təmsilçisi Ö.F.Beyazın fotosunu sosial şəbəkə hesablarında paylaşaraq türkcə "Hoş geldin" ifadəsini yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right