"İnter"in hücumçusu Romelu Lukaku klubdan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsprot.az xəbər verir ki, belçikalı oyunçu ölkəsinin VTM telekanalına açıqlamasında İtaliya təmsilçisində qalacağını deyib:
"İnter"də qalıram. Artıq yeni məşqçi Simeone İnzagi ilə əlaqə saxlamışam . Bəlkə bunu hələ söyləməməliyəm ... Ancaq müsbət bir söhbət oldu. Növbəti mövsüm də ölkə çempionu olmaq istəyirəm. Burada xoşbəxtəm".
Qeyd edək ki, "İnter" Lukakunu satışa çıxardığı xəbərləri yayılmışdı.