İngiltərə millisində ciddi itki

İngiltərə milli komandası ciddi itki ilə üzləşib.
 
Newsport.az xəbər verir ki, yığmanın müdafiəçisi Trent Aleksander-Arnold zədələnib.
 
23 yaşlı müdafiəçi Avstriya yığmasına qarşı keçirilən yoxlama oyununun 88-ci dəqiqəsində zədələnib. Trentin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
İngiltərə yığması Avstriyanı Bukayo Sakanın vurduğu qolla məğlub edib – 1:0.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right