“Çelsi”nin baş məşqçisi Tomas Tuhellə müqavilə avtomatik uzadılıb.
Newsport.az xəbər verir ki, bu haqda “Bild” nəşri xəbər yayıb. Məlumata görə, alman mütəxəssislə 2022-ci ilin yayına qədər imzalanan müqavilədə belə bir bənd yer alıb ki, əgər London klubu Çempionlar Liqasını qazanarsa, bu halda onun müqaviləsinin müddəti artırılır.
“Çelsi”nin ÇL-in finalında “Manşester Siti” üzərində qələbə (1:0) qazanıb. Bunun sayəsində də Tuhellə müqavilənin müddəti 2024-cü ilin yayına kimi artırılıb.