AVRO-2020: İsveçrə

AVRO-2020 iştirakçılarını tanımağa davam edir. Bu dəfə A qrupunun reytinqinə görə 2-ci komandası olan İsveçrədən bəhs edəcəyik.
 
AVRO-2020
A qrupu

İsveçrə

Baş məşqçi: Vladimir Petkoviç
Kapitan: Qranit Caka (“Arsenal”)
FIFA sıralamasında mövqeyi: 13 (27 may, 2021)
Bəzi aparıcı oyunçuları: Qranit Caka, Cerdan Şakiri, Manuel Akanci
 
İsveçrə yığması Avropa çempionatına seçmə mərhələnin D qrupunun qalibi kimi qatılır. Komanda Danimarka, İrlandiya, Gürcüstan və Cəbəllütariqlə mübarizədə 8 oyuna 17 xal topladı. Danimarkanı cəmi 1 xal üstələyən İsveçrə qrup qalibi kimi AVRO-2020-də oynamaq hüququ qazandı. Yığma tsikl ərzində rəqib qapılarına 19 qol vurdu, 5 top buraxdı. Komandanın ən yaxşı bombardiri 3 qolla Sedrik İtten idi. Qranit Caka və Denis Zakaria 2 dəfə fərqləndisə, qalan qolları rəqib qapılarından 12 fərqli futbolçu keçirdi.

İsveçrə sayca 5-ci dəfə Avropa çempionatlarının final məhələsində iştirak edəcək. Yığma əvvəlki 4 cəhdin yalnız 1-də qrup səddini aşa bilib. Bu yaxın keçmişə - 2016-cı il qitə birinciliyinə təsadüf edib. Həmin zaman komanda 1/16 finalda dayanıb.
 
A qrupunda yer alan İsveçrə millisi iki oyununu Bakıda keçirəcək. Paytaxtımızdakı ilk AÇ oyunu da bu komandanın iştirakı ilə baş tutacaq. İyunun 12-də İsveçrə nominal qonaq kimi Uelslə qarşılaşacaq. Bundan 4 gün sonra İtaliya ilə qarşılaşacaq komanda son qrup oyununu iyunun 20-də yenə Bakıda Türkiyəyə qarşı oynayacaq.
 
Vladimir Petkoviç AVRO-2020 üçün ilkin heyətə 29 futbolçunun adını daxil edib. Onların yalnız 4-ü ölkə daxilində çıxış edir. Yığmada ən çox təmsil olunan klub Münhenqladbax “Borussiya”sıdı. Almaniya klubundan 4 futbolçu yığmaya dəvət alıb.
 
Qapıçılar: Yan Zommer ("Borussiya”, Münhenqladbax, Almaniya), Yvon Mvoqo (PSV, Niderland), Yonas Omlin ("Monpelye”, Fransa), Qreqor Kobel ("Ştutqart", Almaniya)

Müdafiəçilər: Rikardo Rodriqes ("Torino", İtaliya), Fabian Şar ("Nyukasl", İngiltərə), Manuel Akanci ("Borussiya" Dortmund, Almaniya), Niko Elvedi ("Borussiya” Münhenqladbax), Silveyn Vidmer, Eray Cömert (hər ikisi "Bazel", İsveçrə), Loris Benito ("Bordo", Fransa), Kevin Mbabu ("Volfsburq", Almaniya), Beçir Omeraqiç ("Sürix", İsveçrə), Cordan Lotomba ("Nitsa", Fransa)

Yarımmüdafiəçilər: Qranit Caka ("Arsenal", İngiltərə), Cerdan Şakiri ("Liverpul", İngiltərə), Stiven Zuber,  Cibril Sou (hər ikisi "Ayntraxt", Almaniya), Denis Zakaria ("Borussiya” Münhenqladbax), Remo Froyler ("Atalanta", İtaliya), Edimilson Fernandeş ("Mayns", Almaniya)

Hücumçular: Haris Seferoviç ("Benfika", Portuqaliya), Admir Mehmedi ("Volfsburq", Almaniya), Bril Embolo ("Borussiya” Münhenqladbax), Mario Qavranoviç ("Dinamo Zaqreb", Xorvatiya), Ruben Varqas ("Auqsburq", Almaniya), Kristian Fassnaxt ("Yanq Boyz", İsveçrə), Dan Ndoye ("Nitsa", Fransa), Andi Zekiri ("Brayton", İngiltərə)

“FutbolPress”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right