40 milyona aldı, 70 milyona satır

“İnter”in müdafiəçisi Əşrəf Hakimi komandasını dəyişə bilər.

Newsport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu PSJ-nin maraq dairəsindədir.

Paris təmsilçisi cinah oyunçusuna ilinə 8 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif edib. PSJ-nin idman direktoru Leonardo “İnter”lə danışıqlarını davam etdirir. Maliyyə problemi ilə üzləşən “neradzurra” isə Mərakeş millisinin üzvünü 70 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, “İnter” Hakimini ötən il “Real”dan 40 milyon avroya alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right