İtaliyanın "İnter" klubu növbəti mövsüm üçün avrokuboklardan kənarda qalıb.
Newsport.az-ın məlumatına görə, bu, A seriyasının 37-ci turunda "Cenua" ilə oyundan sonra rəsmiləşib. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan Milan təmsilçisi növbəti mövsüm Avropa Liqasında oynamaq şansını itirib.
Lakin avrokuboklarda iştirak etməsi üçün UEFA-dan lisenziya almalı olan "Cenua" çətinliklə üzləşib. Komandanın apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq. "Cenua" avrokuboklar üçün tələb olunan lisenziyanı almayacağı təqdirdə, komandanı növbəti mövsüm Avropa Liqasında digər klub əvəzləyəcək.
Qeyd edək ki, "Cenua" 37 turdan sonra 59 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Sampdoriya" 55 xalla 7-ci, "İnter" isə 52 xalla 8-cidir.