Kvaratsxeliya Rusiyada ən yaxşı gənc futbolçu seçildi

Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya Premyer Liqada 2020/2021 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm də bu ada layiq görülmüşdü.

Premyer Liqa klublarının futbolçuları və baş məşqçiləri, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov və "Matç Premyer" telekanalının şərhçiləri iştirak etdiyi səsvermədə Xviça 145 səslə 1-ci olub.

Kvaratsxeliya başa çatan mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub.

Xatırladaq ki, Xviça Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right