“Başakşəhər”in futbolçusu Edin Vişça Bosniya və Herseqovina yığmasındakı karyerasını bitirib.
Newsport.az-ın məlumatına görə, bu barədə millinin baş məşqçisi İvalyo Petev məlumat verib.
31 yaşlı futbolçu 2010-cu ildə millidə debüt edib. O, yığmada keçirdiyi 55 matçda 10 qol vurub.