"Vulverhempton"un baş məşqçisi istefa verdi

İngiltərənin “Vulverhempton” klubunun baş məşqçisi Nuno Eşpirito komandadan ayrılır.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Premyer Liqa təmsilçisinin rəsmi saytı yayıb.

Portuqaliyalı mütəxəssisin mayın 23-də “Mançester Yunayted”lə keçiriləcək mövsümün son qarşılaşmasından sonra vəzifəsindən ayrılacağı bildirilib. 2023-cü ilin yayınadək müqaviləsi olan baş məşqçi özü istefa verib.

Qeyd edək ki, “Vulverhemtpon” sona bir tur qalmış 45 xalla 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right