İtaliya A seriyasında 37-ci turunun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması olan “Yuventus” – “Napoli” oyununda qalmaqal yaşanıb.
“Napoli”nin üzvü Migel Briqos illər öncə Zidanın mundialda İtaliya yığmasının üzvü Marko Materatsinin sifətinə endirdiyi kəllə zərbəsini təkrarlayıb. “Yuventus”un hücumçusu Alvaro Morataya kəllə atan Migel Briqos qırmızı vərəqəylə meydandan qovulub.