“ÇL-ə gedə bilməyəcək, böhran yaşayacaqlar”

Ötənlərin məşhur hücumçusu Kristian Vyeri “Yuventus”un Çempionlar Liqasına (ÇL) vəsiqə şansını dəyərləndirib.

Newsport.az saytının məlumatına görə, 48 yaşlı sabiq forvard 1996/97 mövsümündə formasını geyindiyi “qoca sinyora”nın Çempionlar Liqasına yollanmayacağını proqnozlaşdırıb.

O, Turin təmsilçisinin A seriyasının XXXVII turunda bu gün sevimli komandası “İnter”lə keçiriləcək görüşdə məğlub olacağını düşünür: “İnter”in “Yuventus”u məğlub edəcəyini və turinlilərin gələn mövsüm Çempionlar Liqasında oynamayacağını düşünürəm. Çempionlar Liqasına vəsiqə olmasa, Ronaldo gedəcək. “Yuventus” ciddi maliyyə böhranı yaşayacaq. Bu, inanılmaz uğursuzluq olacaq, çox oyunçu ayrılacaq”.

Qeyd edək ki, sona 2 tur qalmış “Yuventus” aktivindəki 72 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right