Türkiyəli məşqçi Mustafa Dənizlinin yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, 71 yaşlı mütəxəssis TFF 1-ci liqa təmsilçisi "Altay"ı çalışdıracaq. Klubdan yerli mətbuata verilən açıqlamada bu gün Dənizli ilə müqavilə imzalanacağı bildirilib.
Səviyyəcə Türkiyənin 2-ci liqası olan "Altay" hazırda 53 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, M.Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. O, son olaraq Təbriz təmsilçisi "Traktor"u çalışdırıb.