Pirlo üçün son şans

"Yuventus" baş məşqçisi Anrea Pirlonu bu həftə istefaya göndərə bilər.

Newsport.az "La Stampa"ya istinadən xəbər verir ki, Turin təmsilçisi 34-cü turda 11-ci pillədə yer alan "Udineze"ni məğlub edə bilməsə, 41 yaşlı mütəxəssis bu mövsümün başa çatması gözlənilmədən istefaya göndəriləcək. Pirlo qovulacağı təqdirdə, qalan matçlara komandanı məşqçi İqor Tudor çıxaracaq.

Qeyd eək ki, "Yuventus" hazırda A seriyasında 66 xalla 4-cü pillədə qərarlaşıb. Komanda mayın 2-i "Udineze"nin qonağı olacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right