İtaliya millisinin və “Roma”nın futbolçusu Nikolo Zaniolo Avro-2020-də iştirak edə bilməyəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə futbolçu özü məlumat verib. 1 il ərzində 2 dəfə sıradan çıxan 21 yaşlı yarımmüdafiəçi zədə səbəbindən turniri buraxacağını bildirib:
“Avro-2020-də iştirak edə bilməyəcəyim üçün məyus oldum. Amma məqsədim gələn il keçiriləcək Dünya kubokuna hazırlaşmaqdır”.
Qeyd edək ki, Zaniolo 2019-cu ildən yığmanın üzvüdür.