Kvaratsxeliya "Milan"a keçə bilər

Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az “Tuttomercatoweb”ə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə “Milan” maraqlanır. Klubun Xviçanın meneceri ilə əlaqə saxladığı və yaxın zamanlarda danışıqlar aparılaacağı bildirilib. Gürcüstanlı millisinin üzvü ilə “Milan”la yanaşı, “Roma”, “Yuventus”, “Bavariya”, “Borussiya” (Dortmund) klubları da maraqlanır.

Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm “Rubin”lə 20 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xatırladaq ki, gənc futbolçu Azərbaycan milli komandasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right