DÇ-2022: Almaniya və İspaniya ilk sınağına çıxır

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk turun növbəti matçları keçiriləcək.
 
Newsport.az xəbər verir ki, ikinci oyun günündə 13 qarşılaşma baş tutacaq.
 
B qrupunda İspaniya millisi Yunanıstanı, İsveç yığması isə Gürcüstanı qəbul edəcək. 
 
İtaliya da seçmə mərhələyə doğma meydanda start verəcək. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiya ilə üz-üzə gələcək.
 
I qrupunda İngiltərə millisi San-Marino ilə münasibətlərinə aydınlıq gətirəcək. J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiya ilə qarşılaşacaq.
 
DÇ-2022-nin seçmə mərhələsi
25 mart
 
B qrupu
 
23:45. İspaniya - Yunanıstan
23:45. İsveç - Gürcüstan
 
C qrupu
 
21:00. Bolqarıstan - İsveçrə
23:45. İtaliya - Şimali İrlandiya
 
F qrupu
 
21:00. İsrail - Danimarka
23:45. Şotlandiya - Avstriya
23:45. Moldova - Farer adaları
 
I qrupu
 
23:45. İngiltərə - San-Marino
23:45. Macarıstan - Polşa
23:45. Andorra - Albaniya
 
J qrupu
 
23:45. Almaniya - İslandiya
23:45. Rumıniya - Şimali Makedoniya
23:45. Lixtenşteyn - Ermənistan




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right