"Kasımpaşa"nın yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Şenol Can təyin edilib. O, istefaya göndərilən Fuat Çapanı əvəzləyib.
Qeyd edək ki, "Kasımpaşa" hazırda Türkiyə Superliqasında 31 xalla 15-ci pillədə qərarlaşıb.