"İnter Mayami"nin sahibi Devid Bekhem Lionel Messi və Kriştiano Ronaldo kimi ulduz futbolçuları transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərdən danışıb.
Newsport.az xəbər verir ki, o, "ESPN"ə açıqlamasında deyib: "İnter Mayami"nin yaratdığımız gündən bəri transfer edə biləcəyimiz oyunçular arasında Ronaldo, Messi, Neymardan bəhs olunub. Bu cür söhbətlər həmişə olacaq.
Düzü, ABŞ-a köçən oyunçular üçün çətin bir qərar olduğunu düşünmürəm. Bura əla bir yerdir. Bura inanılmaz bir şəhərdir. Möhtəşəm azarkeşlərimiz var. Avropadan böyük ulduzları cəlb edən bir şəhərdəyik".