Madridin "Real" klubu Benzemanın sıraya dönməsinə sevinir.
Newsport.az-ın məlumatına görə, bir müddət idi ki, zədəli olan və bu səbəbdən Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə "Yuventus"la oyunu buraxmalı olan Kərim Benzema artıq komandayla birgə məşqlərə qatılır.
Fransız futbolçu bu gün keçiriləcək "Valensiya"ya qarşı matçda oynamağa hazırdı. Onun Çempionlar Liqasında "Yuventus"la yarımfinal mərhələsinin cavab oyununda da meydana çıxacağı dəqiqdi.