“Ölü olduğunu düşünürdük, amma ayağa qalxırdılar” Sərgən Yalçın

“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın Türkiyə Superliqasında “Antalyaspor”la 1:1-lik heç-heçə etdikləri oyundan sonra maraqlı açıqlama verib. Newsport.az-ın məlumatına görə, o, rəqib futbolçuların tez-tez yerə yıxıldıqlarını deyib.

O bildirib ki, Antalya təmsilçisinin futbolçuları sankir meydanda ölü idilər:

“Sonuna qədər mübarizə aparacağıq. Rəqib futbolçular tez-tez yerə yıxılırdılar. Öldü zənn edirdik, amma sonra ayağa qalxırdılar. Belə oyunla 1 xal qazansalar da, nə olacaq? Qapıçımız heç matçda əziyyət çəkmədi. Belə komandalarla oyunda necə qalib gələcəyik? Ötən qarşılaşmada da heç 20 dəqiqə oyun olmadı”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right