"Qalatasaray" növbəti futbolçu transferini gerçəkləşdirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Misirin "Zamalek" klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.
Misir yığmasının da şərəfini qoruyan 24 yaşlı hücumçu 1,5 illik icarəyə götürülüb. "Sarı qırmızılar" bu keçid üçün qarşı tərəfə 2 milyon ABŞ dolları ödəyəcək.
"Qalatasaray" transferi gerçəkləşdirmək üçün əlavə 4 milyon avro ödəməlidir.