“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliya çempionu “Yuventus”un daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, Turin klubunun yarımmüdafiəçisi Xuan Kuadradonun da Covid-19 testi pozitiv çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kolumbiyalı 32 yaşlı futbolçu dərhal karantinə alınıb.
 
Xatırladaq ki, bir gün öncə “Yuventus”un müdafiəçisi Aleks Sandronun da koronavirusa yoluxduğu açıqlanmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right