Almaniya və İtaliyadan sonra "Böyük beşlik" ölkələrinin daha bir çempionatında qalib müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, artıq İngiltərə Premyer Liqasının da ən güclüsü bəlli olub.
Son turda doğma "Stemford Bric"də "Kristal Pelas"ı məğlub edən "Çelsi" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, "mavilər"in sayca 5-ci ölkə birinciliyidi. London klubu bunlardan 3-nü hazırkı baş məşqçisi Joze Mourinyonun başçılığı altında qazanıb.