“Sivasspor”un baş məşqçisi Rıza Çalımbay koronavirusdan sağalıb.
Newsport.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.
O, sonuncu COVİD-19 testinin neqativ çıxdığını bildirib. Təcrübəli mütəxəssis bu gün Türkiyə kuboku çərçivəsində “Girəsunspor”a qarşı keçirəcəkləri oyunda komandasının yanında olacağını bildirib.
Qeyd edək ki, Çalımbay xəstəlik səbəbindən “Trabzonspor”, “Vilyarreal” və “Makkabi” (Təl-Əviv) ilə matçlarda komandasına rəhbərlik edə bilməmişdi.