Kuadrado Çin klubunda?

"Yuventus"un futbolçusu Xuan Kuadrado Turin təmsilçisindən ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı hücumçu Çinin "Quançjou Everqrand" klubundan əlverişli təklif alıb. Klubun 32 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalamağa hazır olduğu bildirilib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Kuadradonun "Yuventus"la müqaviləsi 2022-ci ilin iyunu başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right