Ronaldo Messinin rekorduna şərik oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş Macarıstan “Ferentsvaroş”u ilə oyun İtaliya çempionu “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
 
Newsport.az xəbər verir ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi matçda portuqal futbolçu turinlilərin ilk qolunun müəllifi olub.
 
Bununla da o, Çempionlar Liqasında ev oyununda özünün 70-ci qolunu vurub. Ronaldo bu göstərici üzrə "Barselona"nın hücumçusu Lionel Messinin rekorduna şərik olub.
 
"Yuventus" 4 turdan sonra 9 xalla G qrupunda ikincidir. Turin klubu növbəti turda (2 dekabr) Kiyev "Dinamo"su ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right