Daha üç futbolçuda koronavirus aşkarlandı

“Qalatasaray”ın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Newsport.az xəbər verir ki, testlər nəticəsində daha 3 futbolçuda infeksiya aşkarlanıb.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.
 
Bununla da “Qalatasaray”da test nəticəsi müsbət çıxan futbolçuların sayı 5-ə çatıb. Digər iki futbolçunun ölkələrinin milli komandalarına çağırılan oyunçular olduğu açıqlanmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right