Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida koronavirusa yoluxub.
Newsport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Onun test nəticəsinin pozitiv çıxması Türkiyə ilə yoldaşlıq oyunu (3:3) zamanı bəlli olub.
Hadisə test nəticələri gec gəldiyi üçün baş verib. Bu səbəbdən ikinci hissənin startında Filip Uremoviçlə əvəzlənib və karantinə alınıb.