"Qalatasaray"da ciddi itki

"Qalatasaray" ciddi itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, komandanın hücumçusu Radamel Falkao sıradan çıxıb.

Bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Bildirilir ki, kolumbiyalı forvard komandasının bugünkü məşqində sağ ayağında ağrı hiss edib. Bu səbəbdən o, məşqi tamamlaya bilməyib. Oyunçunun son durumu sabah tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək.

"Qalatasaray" Türkiyə Super Liqasının VIII turunda noyabrın 8-i "Sivasspor"un qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right