İtaliya millisinin sabiq üzvü Mario Balotelli məşqlərə qayıdıb.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu İtaliyanın dördüncü liqasında çıxış edən "Françarkorte" ilə məşqlərə başlayıb. Bildirilib ki, italiyalı oyunçu yaşadığı yerin yaxınlığında yerləşən klubun dəvətini qəbul edib. Onun komandanın heyətində bir neçə oyun keçirəcəyi istisna edilməyib.
Qeyd edək ki, Balotelli 6 aydan çoxdur ki, klubsuzdur. O, ötən mövsüm"Breşia"da oynayıb və İtaliya çempionatında 19 matçda 5 qol vurub.