Eddi Nyutonla yolları ayıran "Trabzonspor" yeni baş məşqçi axtarışlarını davam etdirir.
Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, hazırda əsas namizəd son olaraq "Beşiktaş"ı çalışdıran Abdullah Avcıdı. Samet Aybaba, Mustafa Reşit Akçay və Şota Arveladze isə digər alternativlərdi.
Daha əvvəl klubla Tamer Tunanın adı hallansa da, Qara dəniz təmsilçisi onunla danışıqları dayandırıb.